ZAUR USTAC: – “DƏDƏN ÖLƏR, QOYMAZ SƏNİ ƏSGƏRƏ…”

x-RVTRFF_400x400

DƏDƏN ÖLƏR, QOYMAZ SƏNİ ƏSGƏRƏ…

(Allah sənə qəni-qəni rəhmət eləsin, Sabir…)

İstəyirlər, aparsınlar əsgərə,

Dədən ölər, qoymaz səni əsgərə…

* * *

Saxlatmışam, bu da mənə sağoldu,

Başıküllü, səki bu da oğuldu,

“Pavestkanı” görən kimi boğuldu,

İstəyir ki, ini gedə əsgərə,

Dədən ölər, qoymaz səni əsgərə…

* * *

Noğul bala, cobbalanma üstümə,

Gir “qəttana”, qapaq qoyum üstünə,

Bütün aləm mat qalıbdı şəstimə,

Heç qoyaram, gedəsənmi əsgərə,

Dədən ölər, qoymaz səni əsgərə…

* * *

Nə əsgərlik bazarıdır, ay bala…

Get siqaret, zadını sat ay bala,

Zad ki, dedim, adını sat ay bala,

Özünü mən qoymaram ki, əsgərə,

Dədən ölər, qoymaz səni əsgərə…

* * *

Vay, ay aman, gör döyülən qapımı???

İndi harda bəs gizlədim balamı???

Gir tövləyə, ordan çıxar yabını…

Ya, gir dama, aman vermə itlərə,

Dədən ölər, qoymaz səni əsgərə…

* * *

Qurtarmışam, di gəl, yenə gəzirlər,

Pulluları bircə-bircə bilirlər,

Deyirlər ki, yavaş-yavaş gəlirlər,

Hər tıqqıltı bizi salır hinlərə,

Dədən ölər, qoymaz səni əsgərə…

* * *

Vicdan nədi, namus nədi, ar nədi…

“Vayenkom” var, elə bil ki, gürzədi,

Amma ki bu, hər nə versən qanedi,

Nəyim vardı, doldurmuşam ciblərə…

Dədən ölər, qoymaz səni əsgərə…

* * *

Bala, bizdən əsgər olmaz ölkiyə,

Biz yaxşıyıq, fırıldağa, bicliyə,

Qurban olum, o yüzlüyə, minliyə…

Tülkü olub, biz gedərik alverə,

Adam kimi, ta getmərik əsgərə…

15-16. 01. 1993. Ağdam, Yusifcanlı.

Müəllif: Zaur Ustac

© Zaur USTAC,2018. Bakı.
WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ
#zaurustac #yazarlaraz #ustacaz #yazar #ustac #azərbaycan #türkiye

Advertisements

“Hələ gördüklərimin dörddə birin yazmayıram!” – M.Ə. Sabir.

Без названия

Şairəm, çünki vəzifəm budur əşar yazım,

Gördüyüm nikü bədi eyləyim izhar, yazım,

Günü parlaq, günüzü ağ, gecəni ta yazım,

Pisi pis, əyrini əyri, düzü həmvar yazım,

Niyə bəs boylə bərəldirsən, a qarə, gözünü?

Yoxsa bu ayinədə əyri görürsən özünü?!

 

Şərə məşğul edərik xatiri-qəmmayilimi,

Qoyuram qənşərinə kağızımı, çernelimi,

Gəlirəm yazmağa bir kəlmə, — tutarsan əlimi,

Qorxuram, ya nə üçün, — çünki kəsirsən dilimi!

Ey əcəb, mən ki, sədaqət yolunu azmayıram,

Hələ gördüklərimin dörddə birin yazmayıram!

 

Hələ mən dörddə birin yazmayıram, karına bax,

Üstümə gündə söyürsən bu qədər, arına bax,

Özün insaf elə, əfkarına, ətvarına bax!

Istəmirsən yazam? Öz eybli kirdarına bax!

Kişi, sən eybini qan, mənlə əbəs cəng eləmə!

Özünü, həm məni bu barədə diltəng eləmə!

 

Görür ərbabı-qələm qayeyi-amalınızı,

Məndən artıq yaza bilməkdə ikən halınızı, –

Yazmır onlar dəxi on dörddə bir əfalınızı,

Özünüzsüz olara yazdıran əhvalınızı…

Yoxsa bu eybdən aləmdə mübərradır olar,

Boylə alçaq yazıdan min kərə əladır olar!

 

Necə mən dörddə birin yazmağa əymən deyiləm,

Qorxur on dörddə birin yazmağa həm əhli-qələm;

Sən əgər söz verəsən: “Qorxma, qıl əhvalı rəqəm”,

Vazi-halın yazılarsa zili-zilu bəmi bəm,

Elə bir halə düşərsə ki, tükün biz-biz olar,

Əyninə geyməyə şey tapmasan, astar üz olar!

M.Ə.Sabir

Mirzə Ələkbər Sabir

  Mirze_Elekber_Sabir                    

 

                               Mirzə Ələkbər Sabir (1862-1911)

Ələkbər Zeynalabdin oğlu Tahirzadə (Sabir) 1862-ci il mayın 30-da Şamaxıda anadan olmuşdur. Atası kiçik baqqal dükanı olan dindar bir kişi idi və Ələkbəri gələcəkdə ruhani görmək istəyirdi deyə, oğlu səkkiz yaşına çatanda onu mollaxanaya qoymuşdu, 12 yaşı olanda isə Sabir sonra məşhur şairSeyid Əzimin açdığı yeni üsullu məktəbə keçmişdi. Müəllimi Ələkbərə fars dilindən şerlər tərcümə etdirir, sonra bu tərcümələri oxuyub ona məsləhətlər verir, yaradıcılıq həvəsini artırırdı.

XX əsrin əvvəllərindən başlayaraq Sabirin şerləri mətbuat səhifələrində görünməyə başlayır: 1903-cü ildə “Şərqi-Rus” qəzetində, bir qədər sonra isə “Həyat” qəzetində şerləri çap olunur, 1906-cı ildə şair “Molla Nəsrəddin” jurnalının ən fəal müəlliflərindən birinə çevrilir. Elə həmin vaxtdan C.Məmmədquluzadə ilə Sabir arasında qırılmaz dostluq münasibətləri yaranır və hər iki sənətkar xalqın qanını soran zalım ağalara, yaltaq ruhanilərə, satqın ziyalılara sarsıdıcı zərbələr vurur. Şerlərini gizli imzalarla yazmasına baxmayaraq, istər Şamaxıda və Bakıda, istərsə də Azərbaycanın başqa yerlərində və İranda bir çox irticaçılar Sabirin əsərlərini pisləyir, onun yazdığını oxuyanları kafir elan edirdilər. Ruhanilər Sabirin ölümünə fitva verir, varlılar ona hədələyici məktublar göndərir, qoçular küçədə yolunu kəsib ağır sözlər deyirdilər.

1910-cu ilin əvvəllərində Sabir Bakıya işləməyə gəlir. Əvvəlcə “Zənbur” jurnalının redaksiyasında çalışır, sonra Balaxanı məktəbində böyük həvəslə dərs deməyə başlayır. Müəllimliyi ilə yanaşı şair Balaxanı neft mədənlərində işləyən fəhlələrə, yerli inqilabçılara yaxınlaşaraq, onların açdıqları “Nur” kitabxanasının fəal üzvü olur.

1911-ci il iyulun 12-də, həyatının və yaradıcılığının ən parlaq bir vaxtında Sabir ağ ciyər xəstəliyindən vəfat edir və dünyaya göz açdığı Şamaxıda, “Yeddi günbəz qəbiristanı”nda dəfn olunur.

Sabirin xatirəsinə hörmət əlaməti olaraq vəfatından bir il sonra, 1912-ci ildə həyat yoldaşı və dostları Abbas Səhhət və M.Mahmudbəyovun səyi nəticəsində “Hophopnamə” adı ilə şerləri çap olunur, 2i il sonra isə xalqın ianəsilə “Hophopnamə”nin ikinci, daha mükəmməl nəşri işıq üzü görür.

Makler-VİP